Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Rusiya arasında nüvə savaşı təhlükəsi... - Şahin Cəfərli yazır

Müasir rus faşizminin təmsilçisi Medvedevin hədə-qorxularına cavab olaraq ABŞ prezidenti Tramp 2 ədəd atom sualtı qayığının müvafiq istiqamətlərdə yerləşdirilməsi barədə göstəriş verib...

Tramp güman ki, "Ohayo" tipli strateji sualtı qayıqlardan danışır. Bu qayıqlar nüvə başlığı daşıyan "Trident II" qitələrarası ballistik raketləri ilə təchiz olunub. Strateji sualtılar düşmən üçün çox vaxt naməlum qalan nöqtələrdən zərbə endirmə qabiliyyəti baxımından ABŞ nüvə triadasının ən vacib komponentidir. Rusiya bu sahədə ABŞ-dan xeyli geri qalır.

Trampın Rusiya üçün müəyyənləşdirdiyi müddət avqustun 8-də bitir. Görünür, Moskvadakı müstəbid ya bu səbəbdən keçirdiyi psixoloji gərginlik, ya da tam tərsi, Trampın ultimativ tələblərini ciddi qəbul etmədiyini dünyaya nümayiş etdirmək məqsədilə insanlığa qarşı cinayətlərinin miqyasını genişləndirir. Kiyevə son dron-raket hücumunda 5-i uşaq olmaqla 31 dinc sakin ölüb. Tramp bu hücumları iyrənc adlandırıb.

ABŞ-dan gözlənilən yeni sanksiyalar Rusiyanın işini bir qədər də çətinləşdirə bilər, lakin onu dayandırmaz. Belə görünür ki, əliqanlı tiran müharibə rejimində özünü daha rahat hiss edir və sülh dövrünə qayıtmağı arzulamır. Onu öz mövqeyini dəyişməyə yalnız iqtisadi-maliyyə kollapsı sövq edə bilər, lakin Çinin dəstəyinin davam etdiyi şəraitdə bunun baş verməsi çətindir. Çin isə maraqlıdır ki, Rusiya ayaqda qalmağa və ABŞ-ı məşğul etməyə davam etsin. Bu halda Vaşinqton və onun müttəfiqləri bütün gücünü və resurslarını Hind - Sakit okean regionuna yönəldə bilmir.

Az da olsa, ehtimal var ki, Qərb və Çin Ukrayna müharibəsinin dayandırılması məsələsində ortaq mövqeyə gəlsin. Bu halda manevr imkanları tükənəcək olan Rusiya Ukraynanın qəbul edə biləcəyi şərtlərlə sülhə razılaşa bilər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay